Qaxda əməliyyat: İcra başçısı saxlanıldı - YENİLƏNİB

Qaxda əməliyyat: İcra başçısı saxlanıldı - YENİLƏNİB

 

DTX-nin Qax rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılanların kimliyi məlum olub.

Əməliyyat zamanı icra başçısı Musa Şəkiliyev, birinci müavini Elbrus Tağıyev və Qax şəhər bələdiyyəsinin sədri Eyvaz Orucov da saxlanılıb.

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.

"Cebheinfo.az" “Report”a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.

Hazırda onlar Bakıya gətirilir.

***

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

"Cebheinfo.az" News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.

"Cebheinfo.az"