İran ABŞ-la danışıqlardan imtina etdi

İran ABŞ-la danışıqlardan imtina etdi

“Tehran “sionist rejimin” hücumunun davam etdiyi indiki vəziyyətdə biz heç kimlə danışıqlar aparmaq istəmir”.

“Cebheinfo.az”-ın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçı jurnalistlərə açıqlamasında belə deyib.

“Amerikalılar danışıqlar aparmaq istəyirlər və bir neçə dəfə mesajlar göndərdilər. Biz açıq şəkildə cavab verdik ki, bu hücum dayanmayınca diplomatiyaya yer yoxdur”, - deyə, “Snn.ir” portalı Əraqçıya istinadən bildirib. 

Onun sözlərinə görə, İranın ABŞ ilə heç bir əlaqəsi olmayıb və hazırkı vəziyyətdə də olmayacaq. Nazir İran xalqının hüquqlarını müdafiə etməkdən çəkinməyəcəqlərini qeyd edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”