İsrailin daha 2 PUA-sı vurulub

İranın paytaxtı Tehranda İsrailin hücumlarda istifadə etdiyi 2 pilotsuz uçuş aparatının (PUA) vurulduğu açıqlanıb.
"Cebheinfo.az" “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı məlumat yayıb.
Bildirilir ki, Tehranın cənubundakı Şehri Rey rayonunda təyyarə tipli PUA və Tehran Neft Emalı Zavodu ərazisində isə kiçik ölçülü PUA zərərsizləşdirilib.
Nigar Hacılı
"Cebheinfo.az"