İsrailin hücumu ilə daha 3 əsgər öldü

İsrailin hücumu ilə daha 3 əsgər öldü

İsrailin İrana qarşı hücumları nəticəsində Şərqi Azərbaycan vilayətində İnqilab Keşikçiləri Korpusunun 3 əsgəri həyatını itirib.

"Cebheinfo.az" İran mediasına istinadən xəbər verir ki, İsrail gecə saatlarında Tehran, Geylan, Gülüstan və Şərqi Azərbaycan əyalətlərinə hücum edib.

Gecənin ilk saatlarında hava hücumundan müdafiə sisteminin işə salındığı Tehranın şərqində 3 partlayış baş verib.

Şərqi Azərbaycanın Bostan Abad bölgəsində hərbi hissəyə edilən hücumda İnqilab Keşikçiləri Korpusunun 3 əsgəri həyatını itirib.

Gülüstan əyalətinin Qorqan şəhərində İsrailin hücumlarına hava hücumundan müdafiə sistemləri cavab verərkən, Rəştin Geylan şəhərindəki sənaye zonasında 4 partlayış baş verib.

Nigar Hacılı 
"Cebheinfo.az"