Ev oyunlarını Sumqayıtda keçirəcəklər

Ev oyunlarını Sumqayıtda keçirəcəklər

Belarusun BATE (Borisov) UEFA Konfrans Liqasındakı ev oyunlarını Azərbaycanda keçirəcək.

"Cebheinfo.az" xəbər verir ki, Borisov təmsilçisi rəqiblərini qəbul etmək üçün ev stadionu olaraq Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına şəhər stadionunu seçib.

Belarus klubu Konfrans Liqasındakı rəqibləri ilə qarşılaşmaları məhz bu arenada keçirəcək.

BATE avrokuboklardakı mübarizəsinə turnirin birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək, ilk oyunlar isə iyulun 9-u və 16-sı tarixlərində baş tutacaq.

Qeyd edək ki, Ukraynadakı müharibə səbəbindən UEFA Belarus klublarının öz ev oyunlarını yerli stadionlarda keçirməsini qadağan edib. Bu səbəbdən ölkə təmsilçiləri beynəlxalq matçları neytral meydanlarda keçirmək məcburiyyətindədirlər.

"Cebheinfo.az"