“İranın nüvə silahı hazırladığını deməmişik” - Qrossi

“İranın nüvə silahı hazırladığını deməmişik” - Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossi Vyanada keçirdiyi mətbuat konfransında rəhbərlik etdiyi qurumun İranın nüvə silahı hazırladığını iddia etmədiyini söyləyib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Qrossi bəzi dairələrin ittihamlarına cavab olaraq agentliyin rəsmi mövqeyini qətiyyətlə müdafiə edib:

“Biz onların nüvə silahı hazırladığını deməmişik. Onların obyektlərinə giriş imkanımız olduğu dövrdə də bunu deməmişdik, indi də deyə bilmərik. Rəsmi Tehran keçmişdə agentliyin suallarına heç də həmişə tam və şəffaf cavablar verməyib. Bölgədəki aktiv hərbi əməliyyatlar səbəbindən agentlik təxminən bir ildir ki, İranın nüvə obyektlərinə daxil olmaq imkanından məhrumdur. Hazırda yalnız Buşehr atom elektrik stansiyasında (AES) bu yaxınlarda aparılan yoxlamalar istisna təşkil edir”.

"Cebheinfo.az"