Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib

Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib

Moskva məhkəməsi “YUKOS” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini (Rusiyada xarici agentlərin reyestrinə daxil edilib-red.) Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda qiyabi olaraq təqsirli bilib.

APA-nın Moskva bürosu xəbər verir ki, hakim iki maddə üzrə təqsirli bilinən Xodorkovski 10 il müddətinə azadlıqdan məhrum edib.

Xodorkovskiyə qarşı hərbi “feyk”lərlə bağlı cinayət işi 2023-cü ilin sentyabrında açılıb. Buna səbəb “X” sosial şəbəkəsində 9 sentyabr 2022-ci il tarixli paylaşım və onun “YouTube” kanalında 9 iyul 2024-cü il tarixində yerləşdirilmiş video olub.

"Cebheinfo.az"