İsrail İrana zərbələri başa çatdırdı - YENİLƏNİB
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri endirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə Ordusu yayıb.
İranın “PressTV” telekanalı isə ölkənin paytaxtı Tehran daxil olmaqla, Təbriz və İsfahanda partlayış olduğunu açıqlayıb.
Xatırladaq ki, iyunun 8-də İran İsrailə ballistik raketlər atıb. Raketlərin hamısı hava hücumundan müdafiə vasitələri tərəfindən zərəsizləşdirilib.
***
İsrail Müdafiə Qüvvələrinin Mətbuat xidmətinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə genişmiqyaslı zərbələr seriyasını başa çatdırıb.
İsrail hücumların hədəfinin İranın strateji müdafiə sistemləri olduğunu açıqlayıb. Bildirilir ki, bu sistemlər cari ilin mart-aprel aylarında həyata keçirilən əməliyyatlar zamanı qismən dağıdılıb, lakin sonradan İranın müxtəlif bölgələrində yenidən yerləşdirilib.
“Zərbələr nəticəsində bu sistemlər məhv edilib”, - ordunun məlumatında deyilir.
Hərbi əməliyyatlarda onlarla qırıcı iştirak edib.
"Cebheinfo.az"


