Ermənistanda 18 nəfər saxlanılıb

Ermənistanda 18 nəfər saxlanılıb

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) parlament seçkilərində qayda pozuntuları barədə 619 məlumat alıb və bununla əlaqədar 18 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası qurumun bəyanatına istinadən məlumat yayıb.

"Təkrar səsverməyə dair 52, səsvermə gizliliyinin pozulması ilə bağlı 27, seçki hüquqlarının həyata keçirilməsinə mane olma ilə bağlı 9, öz tərəfinə çəkmə ilə bağlı 4, seçki prosesinə mane olmaya dair 2, hərəsindən 1 hal olmaqla seçki məntəqəsində soyuq silah gəzdirmə, xuliqanlıq və fiziki zorakılıq halı qeydə alınıb. Bu işlər üzrə sənədlər istintaq orqanına təhvil verilib. 18 nəfər saxlanılıb", - məlumatda bildirilib.

Bundan əlavə, ehtimal olunan qayda pozuntuları ilə bağlı 322 məlumat yoxlanılır.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-nin hesablanmasından sonra 49,81 % səs toplayıb.

"Cebheinfo.az"