Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - FOTO - YENİLƏNİB

Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - FOTO  - YENİLƏNİB

Bakıda mənzildə ata və 13 yaşlı oğlu dəm qazından ölüb, digər azyaşlı övladı zəhərlənib.

"Cebheinfo.az" xəbər verir ki, iyunun 7-si saat 17 radələrində 20 Yanvar küçəsində nənzildə yaşayanlar 1974-cü il təvəllüdlü Əbülfəz Abıyev, onun oğlu 2013-cü il təvəllüdlü Kamran dəm qazından zəhərlənərək ölüblər.

Ailənin digər övladı 2005-ci il təvəllüdlü Nurlan zəhərlənmə əlaməti xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

***

10.44

Bakıda ata və oğul dəm qazından boğulub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib.

İlkin məlumata görə, 13 yaşlı K. Abıyev və atası Ə. Abıyevin meyiti tapılıb. Onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, K. Abıyev Nəsimi rayonundakı 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Onun ölümü barədə məktəbin sosial media hesabında məlumat paylaşılıb.

"Cebheinfo.az"