Efirdə qalmaqal: Tramp müxbirlə müsahibəni yarımçıq qoydu
ABŞ Prezidenti Donald Tramp “NBC News”-un "Meet the Press" verilişinə verdiyi müsahibəni qəfil dayandırıb.
“Cebheinfo.az” “Daily Beast” qəzetinə istinadən xəbər verir ki, müsahibə zamanı jurnalist Kresten Uelker Trampın Kaliforniya seçkilərini yenidən "saxtakarlıq" adlandırmasından sonra ABŞ-də seçki saxtakarlığına dair heç bir dəlil olmadığını təkrarladı. O, Trampdan “Sübutunuz varmı?",- deyə soruşub.
"Təşəkkür edirəm, əzizim",- deyə Tramp cavab verib və sonra inadla müsahibəni tərk edib. Jurnalist izahat istədikdə, o deyib:
"Mənim etməli olduğum tək şey izləməkdir. Sən vicdansızsan və “Meet the Press” də vicdansızdır, eynilə ABC, CBS və CNN kimi - bütün bu birtərəfli, vicdansız şəbəkələr. Gəlin bunu bitirək, çünki bundan bezmişəm. Təşəkkür edirəm, əzizim. Gününüz xoş keçsin”,- dedi Tramp bildirib.
Müsahibənin qəfil bitməsinə baxmayaraq, jurnalist İranla müharibə və yanacaq qiymətləri də daxil olmaqla, suallar verməyə davam edib, lakin ABŞ Prezidenti normal söhbət formatına qayıtmayıb. Söhbət zamanı Tramp bir sıra mübahisəli açıqlamalar da verib.
İranla müharibəni şərh edərkən, o, seçki kampaniyasında yeni müharibələrə başlamamaq vədinin xatırladılmasına təəccübləndiyini bildirib:
“Mən müharibənin olmayacağına zəmanət verməmişdim. Bəs niyə dünyanın ən güclü ordusunu qurmalıyam? Mən ordumuzu qurmuşam".
ABŞ Prezidenti əvvəllər də qadın jurnalistlər haqqında sərt danışıb. Bir neçə gün əvvəl o, CNN müxbiri Keytlin Kollinsə "vəzifə səlahiyyətlərindən sui-istifadə" iddiaları və 1,8 milyard dollarlıq fondun yaradılması ilə bağlı sualdan sonra sərt reaksiya vermişdi. Tramp Kollinsə işarə edərək demişdi: "CNN çox korrupsiyalaşmış bir təşkilatdır, orada korrupsiyalaşmış bir müxbir var. O, heç vaxt gülümsəmir. Mən onun üzündə heç vaxt təbəssüm görmürəm. Mən yalnız gözlərində nifrət görürəm".
Daha əvvəl Tramp Kollinzi "axmaq və iyrənc", "New York Times" qəzetinin köşə yazarı Keti Rocersi "həm daxilən, həm də xaricən çirkin" adlandırmış və "Bloomberg" müxbirinə "Sus ağzını, donuz" demişdi.
Xəzər
“Cebheinfo.az”

