Məşhur meymuna görə 2 min dollar CƏRİMƏ

Məşhur meymuna görə 2 min dollar CƏRİMƏ

Yaponiyada İçikava Zooparkında meymun yuvasına qanunsuz girməkdə günahkar bilinən iki ABŞ vətəndaşı təxminən 2000 dollar (300.000 yen) cərimələnib.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı "Yomiuri" yazıb.

Çiba Prefektura Prokurorluğu 24 yaşlı universitet tələbəsi və 27 yaşlı şirkət işçisinə qarşı qısa ittiham irəli sürüb. İşə Çiba Rayon Məhkəməsində qısa prosedur çərçivəsində baxılıb.

Müstəntiqlərin sözlərinə görə, 17 mayda hər iki kişi internetdə məşhur olan Panç adlı primatın da olduğu meymun yuvasına qanunsuz girib. Onların hərəkətləri zooparkı və müəssisənin normal fəaliyyətini pozub.

Xəzər

"Cebheinfo.az"