Qızlarımız DÇ-nin yarımfinalında

Qızlarımız DÇ-nin yarımfinalında

Millimiz Dünya Çempionatının yarımfinalında 6 iyun 3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Çempionatının 1/4 finalında Almaniya seçməsinə qarşı oyuna çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, qızlarımız görüşün əvvəllərində hesabda geridə olsalar da, daha sonra Brianna Freyserin dominant oyunu sayəsində geridönüş edib rəqibinə 18:16 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, millimiz yarımfinalda Fransa - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.

Yarımfinal və final oyunları 7 iyunda baş tutacaq.

"Cebheinfo.az"