Toyları stadionda olacaq
Məşhur müğənni Taylor Svift və amerikalı futbolçu Travis Kelcen toy hazırlığına başlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük toy mərasimini "Madison Square Garden" arenasında keçirməyi planlaşdırır.
Məlumata görə, onlar iyulun əvvəlində həftəsonlarından birində Nyu-Yorkda ailə qurmağı düşünürlər. Mənbələrin bildirdiyinə əsasən, məkanın seçilməsi əsasən məxfilik və təhlükəsizlik səbəbləri ilə bağlıdır.
İnsayderlərin sözlərinə görə, qonaqlar mərasim məkanına xüsusi qapalı avtobuslarla gətiriləcək. Arenanın çoxsaylı giriş-çıxışları və yüksək təhlükəsizlik sistemi sayəsində tədbirin mediadan uzaq keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, arenanın təqvimində iyunun 29-dan iyulun 6-dək heç bir tədbir nəzərdə tutulmayıb. Bu isə yayılan iddiaları daha da gücləndirib.
Xatırladaq ki, Teylor Svift karyerası ərzində "Madison Square Garden" arenasında səkkiz dəfə konsert verib.
"Cebheinfo.az"


