Bir zamanlar Fransanın birinci xanımı idi: Vəfat etdi

Bir zamanlar Fransanın birinci xanımı idi: Vəfat etdi

Fransanın sabiq prezidenti Jak Şirakın həyat yoldaşı Bernadett Şirak 93 yaşında vəfat edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onun vəfat xəbərini ailə üzvləri fransız mediasına təsdiqləyib.

Qeyd edək ki, o, 1995–2007-ci illərdə Fransanın  birinci xanımı olub.

Xüsusilə uşaqlara yardım məqsədi daşıyan “Pièces Jaunes” (“Sarı pullar”) kampaniyası ilə tanınıb və ölkədə sosial layihələrə böyük dəstək verib.

Xanım Şirak habelə Fransada seçkili vəzifə tutan nadir birinci xanımlardan biri kimi yadda qalıb.

Onun həyat yoldaşı Jak Şirak isə 2019-cu ildə vəfat etmişdi.

"Cebheinfo.az"