Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, komanda növbəti mərhələdə Fransa - ABŞ cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq.

"Cebheinfo.az"