Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar
Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub.
"Cebheinfo.az" xəbər verir ki, Fidan Əlizadə (63 kq) gümüş medal qazanıb, Madina Kaisinova (+78 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Sabah daha 5 qadın cüdoçumuz mübarizəyə qoşulacaq.
"Cebheinfo.az"


