İranın dondurulmuş milyardları belə XƏRCLƏNƏCƏK
ABŞ Maliyyə Nazirliyi müharibədən sonra Körfəz Ərəb ölkələrində yenidənqurma proqramlarını maliyyələşdirmək üçün dondurulmuş İran aktivlərindən istifadə etmək imkanlarını araşdırır.
“Cebheinfo.az” xəbər verir ki, CNN bu barədə məlumatlı mənbələrə istinadən yazıb.
Kanalın məlumatına görə, bu yanaşma İranın gələcəkdə mümkün hücumlarından dəyən ziyanı kompensasiya etmək mexanizmi kimi nəzərdən keçirilir. Eyni zamanda, bu vəsaitlərin Tehranın başlatdığı keçmiş hücumlardan dəyən ziyanı kompensasiya etmək üçün ayrılması ehtimalı müzakirə olunur.
CNN vurğulayır ki, ABŞ Maliyyə Nazirliyi İranla münaqişə zamanı dəyən ziyanın dərəcəsini qiymətləndirmək üçün öz mütəxəssislərini Körfəz ölkələrinə göndərməyi planlaşdırır.
Xəzər
“Cebheinfo.az”

