Paşinyan səs verdi: Bu dəfə Annasız

Paşinyan səs verdi: Bu dəfə Annasız

Vətəndaş Müqaviləsi Partiyasının lideri Baş nazir Nikol Paşinyan Ermənistanda keçirilən parlament seçkilərində səs verib.

“Cebheinfo.az” xəbər verir ki, hakim partiyanın lideri paytaxt İrəvanın Şenqavit inzibati rayonunda 8/20 saylı seçki məntəqəsind səs verib. 

Əvvəlki səsvermədən fərqli olaraq, o, bu gün ailəsi olmadan tək gəlib.

Xatırladaq ki, Ermənistanın 2.485.851 vətəndaşının səs vermək hüququ var. Seçkilərdə iki blok və 16 partiya iştirak edir.

Bunlar "Ermənistan" və "Güclü Ermənistan" blokları, eləcə də "Vətəndaş Müqaviləsi", "Çiçəklənən Ermənistan", "Meritokratik Ermənistan", "Hamıya Qarşı", "Demokratik Konsolidasiya", "Birlik Qanadları", "Maariflənmiş Ermənistan", "Milli Demokrat Qütb", "Xristian Demokrat Partiyası", "Ermənistan Milli Konqresi", "Yeni Qüvvə", "Respublika", "İslahatçı Partiya", "Demokratiya", "Qanun, Qayda", "Milli Dirçəliş və Millətin Oyanışı" "Koçari" və "Respublika Naminə Demokratiyanın Müdafiəçiləri Birliyi" partiyalarıdır.

Xəzər 
"Cebheinfo.az"