Arxiyepiskop səsverməyə iki polislə GEDİB
Ermənistanda ev dustaqlığında olan arxiyepiskop Mikael Ajapahyan 7 iyunda keçirilən parlament seçkilərində səs verib.
“Cebheinfo.az” xəbər verir ki, o, Gümrüdəki 31/44 saylı seçki məntəqəsində səs verib.
Arxiyepiskopla birlikdə seçki məntəqəsinə iki polis əməkdaşı gəlib.
Xatırladaq ki, arxiyepiskop Mikael hakimiyyəti ələ keçirməyə çağırdığına görə iki il həbs cəzasına məhkum edilib. O, "çoxlu sayda tərəfdarı olduğuna görə 3 fevral 2024-cü ildə və 21 iyun 2025-ci ildə media nümayəndələrinə verdiyi müsahibədə hakimiyyəti ələ keçirməyə çağırışda" ittiham olunur.
Qeyd etmək lazımdır ki, qanunvericilik məhdudiyyətləri səbəbindən müəyyən partiyalara əlavə mandatların verilməsi ilə bağlı müddəalar həyata keçirilmədiyi təqdirdə, Milli Məclisə minimum 105 deputat seçiləcək. Ermənistan Parlamenti yalnız partiya siyahıları demək olan proporsional sistemlə seçilir. Ermənistan Parlamentinin 9-cu çağırışında yerlər uğrunda on səkkiz siyasi qüvvə - 16 partiya və iki partiya bloku mübarizə aparır. Partiyalar üçün parlamentə daxil olmaq üçün limit 4%, partiya blokları üçün isə 8% təşkil edir.
Xəzər
“Cebheinfo.az”

