Türkiyə onu məğlub edib
DÇ 2026-ya hazırlaşan Türkiyə milli komandası növbəti yoxlama oyununu keçirib.
Vinçenzo Montellanın yetirmələri Venesuela yığmasıyla üz-üzə gəlib.
Görüş ay ulduzluların 2:1-lik qələbəsiylə başa çatıb.
Beləliklə, Türkiyə millisi Dünya çempionatı öncəsi son hazırlıq matçından qalibiyyətlə ayrılıb.
Qeyd edək ki, Türkiyə DÇ 2026-da D qrupunda qərarlaşıb. Onların qrupdakı rəqibləri Paraqvay, ABŞ və Avstraliya yığmalarıdır.
"Cebheinfo.az"

