Xameneyinin baş müşavirindən sərt BƏYANAT

Xameneyinin baş müşavirindən sərt BƏYANAT

İranın Ali Liderinin baş müşaviri Əli Əkbər Vilayəti sərt bəyanat yayıb.

O, bəyanatda  müqavimət hərəkatından siyasi güzəştlər naminə vaz keçilməməsinə çağırıb və uzunmüddətli sabitliyin düşmənlə güzəştlər yolu ilə deyil, güc balansı vasitəsilə əldə edildiyini vurğulaylb

"Cebheinfo.az" xəbər verir ki, o, "X" sosial media platformasında paylaşımında Qərb analitiklərinin İranın yüksəlişi ilə bağlı qorxularının "reallığa çevrildiyini" və beynəlxalq sistemin "yeni güc həndəsəsi" formalaşdırdığını bildirib:

"Qəhrəmancasına müqavimətin zəifləməsi üzərində davamlı sülh qurulmayacaq. Diplomatik sadəlövhlük yüksək qiymətə başa gəlir və davamlı sülh yerinə yetirilməmiş vədlərin ilğımından deyil, güc balansı daxilində yaranır".

Vilayətinin sözlərinə görə, Qərb mediasının Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmaya mümkün ehtiyac barədə xəbərləri İrana təzyiq strategiyasının uğursuzluğunu və "müqavimət cəbhəsi"nin güclənməsini nümayiş etdirir.

Xəzər 
"Cebheinfo.az"