Türk jurnalist İrəvanda bu nişanı göstərdi, revanşistlər hərəkətə keçdi
Türkiyəli jurnalist Serdar Korucunun İrəvanın mərkəzində hazırladığı reportaj Ermənistanın revanşist dairələrində narazılıq yaradıb.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyə auditoriyası üçün türk dilində video-reportaj hazırlayan jurnalist çəkiliş zamanı Nikol Paşinyanın təşviq etdiyi “Real Ermənistan” konsepsiyasının nişanını nümayiş etdirib.
Görüntülərin yayılmasından sonra Ermənistanın revanşist media resursları məsələni geniş şəkildə tirajlayaraq bunu daxili siyasi mübarizə mövzusuna çevirməyə çalışıblar.
Paylaşılan videoda Serdar Korucunun İrəvanın mərkəzində sərbəst şəkildə reportaj hazırladığı və “Real Ermənistan” nişanını nümayiş etdirdiyi görünür. Revanşist dairələr isə bu görüntüləri Paşinyanın siyasətinə qarşı əlavə arqument kimi təqdim etməyə cəhd göstəriblər.
Türkiyəli jurnalistin Ermənistan paytaxtının mərkəzində belə bir reportaj hazırlaması və bunun açıq şəkildə nümayiş etdirilməsi radikal millətçi çevrələrdə ciddi narahatlıq yaradıb. Məhz buna görə də görüntülər bəzi media resurslarında qəzəbli reaksiyalarla qarşılanıb.
"Cebheinfo.az"

