Qriqoryan delimitasiyadan danışdı

Qriqoryan delimitasiyadan danışdı

“Ermənistan sülh gündəliyini səylə irəlilətməyə davam edəcək, sülh müqaviləsini mümkün qədər tez imzalamaq və təsdiqləmək üçün səy göstərəcək”.

“Cebheinfo.az” “Armenpress”-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə bildirib.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi barədə danışan Armen Qriqoryan sülh müqaviləsinin və Vaşinqton Konfransının sənədlərinin paraflanmasının da blokadanın qaldırılması üçün yeni imkanlar yaratdığını qeyd edib.

"Blokadanın qaldırılması kontekstində cənub istiqaməti də zəruri hala gəlib. Ümid edirik ki, bu istiqamətdə mümkün qədər tez irəliləyiş əldə edəcəyik. Ermənistanda Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri arasında keçirilən son görüşün məqsədi də sərhəd delimitasiyası prosesini mümkün qədər sürətləndirmək idi", - deyə Qriqoryan bildirib. O əlavə edib ki, Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlərin gündəliyi 8 avqustdan bəri intensiv şəkildə müzakirə olunur.

"Biz mütəmadi olaraq iqtisadi əməkdaşlığımızı necə genişləndirəcəyimizi müzakirə edirik və ümid edirəm ki, bu istiqamətdə mümkün qədər tez irəliləmək imkanımız olacaq. Biz Ermənistandan Azərbaycana və Azərbaycandan Ermənistana müxtəlif sektorlarda ixracın genişləndirilməsini maksimum dərəcədə artırmaq yollarını müzakirə edirik", - deyə Armen Qriqoryan bildirib.

O qeyd edib ki, hazırda hər iki tərəfin bunda maraqlıdır.

Xəzər
“Cebheinfo.az”