Ermənistan sabahdan Rusiya ilə problemi YOLUNA QOYACAQ                            

Ermənistan sabahdan Rusiya ilə problemi YOLUNA QOYACAQ                            

"Avropa İttifaqına və ya Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı referendumun təşkili məsələsi gündəmdə deyil".

"Cebheinfo.az" xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvandakıı seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə belə deyib.

“Əlbəttə ki, bu iki təşkilata üzvlük bir-biri ilə uyğun gəlmir. Amma Aİi-yə üzv ölkə olaraq Aİ ilə münasibətlərimizin səviyyəsindən danışsaq, onların uyğun gəldiyini görərik və işimizi davam etdirəcəyik”, - deyə Qriqoryan bildirib.

O əlavə edib ki, seçkilərdən sonra Ermənistan hökuməti rusiyalı tərəfdaşları ilə Aİİ formatında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin vəziyyətini müzakirə edəcək.

"Əminəm ki, seçkilərdən sonra emosiyalar sakitləşəcək və sabahdan etibarən gündəliyimizi sakit bir mühitdə müzakirə edəcək, yaranmış məsələlərə həll yolu tapacağıq", - deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Armen Qriqoryan malların tədarükü ilə bağlı Ermənistanın alternativlərinin olduğunu deyib.

"Bu, Baş nazir Nikol Paşinyanla Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin bu yaxınlarda telefon danışığı zamanı müzakirə olunub",-deyə Qriqiryan vurğulayıb. 

Müşfiq Abdulla 
"Cebheinfo.az"