Overçuk Ermənistanla qapalı danışıqları açdı
"Rusiya Ermənistana Avropa İttifaqının əslində hərbi birliyə çevrildiyini çatdırmağa çalışır".
"Cebheinfo.az"-ın məlumatına görə, Rusiya Baş nazitinin müavini Aleksey Overçuk "Vesti" informasiya agentliyinə müsahibəsində belə deyib.
Overçukun sözlərinə görə, Moskva İrəvanın diqqətini açıq şəkildə düşmənçilik mövqeyindən çıxış edən Avropa İttifaqının Rusiyaya münasibətinə cəlb edib və etməkdə davam edir.
"Biz Ermənistanda bu barədə daim danışırdıq və bir ildən çoxdur ki, deyirik. Təbii ki, bütün bunlar qapalı şəraitdə edilirdi. Biz bunu ictimaiyyətə çatdırmaq istəmirdik. Biz Avropa İttifaqının bu gün artıq iqtisadi inteqrasiya birliyi olmadığından danışdıq. O, bu gün əslində artıq ölkəmizə qarşı düşmənçiliyini açıq şəkildə bəyan edən hərbi-siyasi birliyə çevrilmiş bir ittifaqdır. Əlbəttə ki, biz buna diqqət yetirdik və erməni həmkarlarımıza, dostlarımıza, müttəfiqlərimizə çatdırmağa davam edirik ki, onlar nə etdikləri barədə düşünsünlər",-deyə Overçuk bildirib.
Müşfiq Abdulla
"Cebheinfo.az"

