Ermənistanda səsvermə BAŞA ÇATDI
Ermənistanda parlamentə keçirilən növbəti seçkilərdə səsvermə başa çatıb. Ölkə üzrə seçki məntəqələri bağlanıb və nəticələrin hesablanması prosesi başlayıb.
Saat 21:00-da Mərkəzi Seçki Komissiyası seçici fəallığının son rəqəmlərini dərc edəcək. Nəticələr gecə yarısına yaxın onlayn yayılacaq.
“Cebheinfo.az” xəbər verir ki, 7 iyunda Ermənistanda parlament seçkiləri keçirilib və 18 siyasi qüvvə - iki blok və 16 partiya - iştirak edib. Ümumilikdə 2.485.851 vətəndaş səs vermək hüququna malikdir.
Ermənistan Parlamenti proporsional sistemlə seçilir, yəni yalnız partiya siyahıları təmsil olunur. On səkkiz siyasi qüvvə - 16 partiya və iki blok - Ermənistanın 9-cu Milli Məclisindəki yerlər uğrunda mübarizə aparır. Parlamentə daxil olmaq üçün həddi partiyalar üçün 4%, partiya blokları üçün isə 8% təşkil edir.
Xəzər
"Cebheinfo.az"

