Şahzadə ölüm ayağındadır

Şahzadə ölüm ayağındadır

Norveçin vəliəhd şahzadəsi Mette-Marit ağırlaşan və müalicəsi mümkün olmayan ağciyər fibrozundan (pulmonar fibroz) əziyyət çəkdiyi üçün ağciyər transplantasiyası üçün gözləmə siyahısına alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Norveç Kral Sarayından məlumat verilib. 

Belə ki, transplantasiya əməliyyatının mümkün qədər qısa müddətdə həyata keçirilməsi zəruridir.Həkimlər bildiriblər ki, xəstəlik son altı ay ərzində sürətlə irəliləyib və ağciyər transplantasiyası gözləyən xəstələrin orta yaşama müddəti təxminən bir il təşkil edir.

Səhhətindəki problemlərlə əlaqədar şahzadə rəsmi fəaliyyətini müvəqqəti dayandırıb.Onun həyat yoldaşı, Norveçin vəliəhd şahzadəsi də son dövrlərdə 52 yaşlı Mette-Maritin vəziyyətinin pisləşdiyini bildirərək narahatlığını ifadə edib.Əməliyyatın nə vaxt baş tutacağı uyğun donor ağciyərinin tapılmasından asılı olacaq.

Qeyd edək ki, Mette-Marit bu yaxınlarda verdiyi müsahibədə Ceffri Epşteynlə keçmiş münasibətlərindən peşman olduğunu bildirmişdi.

Əfsanə Rəcəb
"Cebheinfo.az"