"Axios": Ağ Ev İsrailin Beyruta hücum etməsinə icazə verməyib

"Axios": Ağ Ev İsrailin Beyruta hücum etməsinə icazə verməyib

ABŞ İsrailin Beyrut yaxınlığındakı "Hizbullah"ın obyektinə hücum etməsinə icazə verməyib.

Bu barədə "Axios"un jurnalisti Barak Ravid ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən "X" sosial şəbəkə hesabında yazıb.

"Ağ Ev İsrailin Beyruta hücum etməsinə icazə verməyib. Başqa bir mənbə ABŞ-nin bununla heç bir əlaqəsi olmadığını bildirib", - deyə o əlavə edib.

İran Beyruta hücuma cavab olaraq İsrailə raketlər atıb. İsrail ordusu raketlərin ələ keçirildiyini bəyan edib. Öz növbəsində ABŞ Prezidenti Donald Tramp İsrail və İrana çağırış edib.

"Cebheinfo.az"