İrəvana polis yeridilib
Ermənistanda seçki məntəqələrinin bağlanması ilə əlaqədar olaraq polis İrəvanın mərkəzinə yerləşdirilib.
“Cebheinfo.az” xəbər verir ki, təhlükəsizlik qüvvələrinin avtobusları Respublika Meydanı, hökumət binaları, Opera Teatrı və Baş nazirin iqamətgahının yaxınlığında yerləşdirilib. Vəziyyət sakitdir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Ermənistanda parlament seçkilərində son fəallıq 58,97% təşkil edib.
Xəzər
“Cebheinfo.az”

