Paşinyan Azərbaycan və Türkiyəyə çağırış etdi: İndi cavab gözləyir
Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib.
"Cebheinfo.az" xəbər verir ki, PaşinyanErmənistandakı parlament seçkilərinin nəticələri ictimaiyyətin sülhə və regional əməkdaşlığa dəstəyini nümayiş etdirdiyini bildirib.
"Türkiyə və Azərbaycan cəmiyyətlərinə mesajım budur: Ermənistan xalqı sülhə və regional əməkdaşlığa səs verib", - deyə Paşinyan bildirib.
O, Türkiyə və Azərbaycandan müsbət cavab gözlədiyini bildirib.
Baş nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülhün təsis edilməsi, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması əsas vəzifə olaraq qalır.
"Ermənistan və Azərbaycan arasında sülhün təsis edilməsi və Türkiyə ilə sərhədlərimizin açılması lazımdır. Yəni, Türkiyə sərhədi açmalıdır. Diplomatik münasibətlər qurmalıyıq", - deyə o qeyd edib.
Paşinyan həmçinin Axalkalaki-Qars dəmir yolu xəttini Ermənistan mallarına açdığına görə Türkiyəyə təşəkkür edib.
"Türkiyə ilə çox yaxşı impulsumuz var. Hələlik məmnunuq, amma son irəliləyiş - diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması üçün bu impulsu davam etdirməliyik", - deyə Baş nazir bildirib.
Azərbaycanla münasibətlərdən danışan Paşinyan sülh müqaviləsinin mümkün qədər tez imzalanmasının vacibliyini vurğulayıb:
"Biz sülh müqaviləsi imzalamalıyıq. Həmçinin, regionda oyun qaydalarını dəyişdirəcək TRIPP layihəsini mümkün qədər tez başlatmalıyıq. Bölgəmizin blokadası aradan qaldırılacaq, çünki o, çıxılmaz vəziyyətdən yol ayrıcına çevriləcək".
Xəzər
"Cebheinfo.az"


