Paşinyan qələbəsini elan edib: Səslərin 90 faizi sayılıb - YENİLƏNİB
Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 50,25 faizini qazanıb.
İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyalar bloku 23,31% səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4,2% səs toplayıb.
Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir.
07.45
Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Nəticəyə görə, Ermənistanın indiki Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası bülletenlərin 50,31%-i (742 857 səs) emal edildikdən sonra 51,03% səs toplayıb.
Samvel Karapetyanın "Güclü Ermənistan" bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,51%-ni və iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.
Paşinyan artıq rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərində qələbə qazandığını bildirib.
Xəzər
"Cebheinfo.az"


