İsmayıllıda "Mercedes" yanıb
İsmayıllıda avtomobil yanaraq yararsız hala düşüb.
APA-nın Şirvan bürosu xəbər verir ki, Rafael Nəsirova məxsus "Mercedes" markalı avtomobil bir anda alovlanaraq yararsız hala düşüb.
Əraziyə FHN-in yanğından mühafizə əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
"Cebheinfo.az"


