11-ci sinif şagirdi Araz çayında batdı: Axtarışa dalğıclar cəlb edildi
Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir.
"Cebheinfo.az" xəbər verir ki, bu ilin məzunu Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
01:36
İmişli rayonunda 11-ci sinif şagirdinin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib.
"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
T.Mirişov çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.
"Cebheinfo.az"


