Tehran Səudiyyə Ərəbistanına hücum etmədiyini deyir
İran Səudiyyə Ərəbistanına hücum barədə iddiaları təkzib edib.
“Tasnim”in xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə xəbərləri yalan adlandırıb və İran ordusunun hədəf aldığı bölgələri açıq-aşkar elan etdiyini vurğulayıb.
“Bizim Silahlı Qüvvələrimiz haranı hədəf alırsa, bunu cəsarətlə bəyan edir. Biz həmişə “saxta bayraq” əməliyyatları barədə xəbərdarlıq etmişik”, - Bəqai bildirib.
"Cebheinfo.az"


