İsrail Livana hücumlarını davam etdirir: Ölənlər var
İsrail ordusunun atəşkəsə baxmayaraq, Livanın cənubundakı Nebatiyə vilayətinin Zefta qəsəbəsinə təşkil etdiyi hava hücumları nəticəsində 4 nəfər həyatını itirib.
İsrail ordusu aprelin 17-də qüvvəyə minən və mayın 17-dən etibarən 45 gün müddətinə uzadılan atəşkəsə baxmayaraq Livana qarşı hücumlarını davam etdirir.
"Cebheinfo.az" xəbər verir ki, Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrailə məxsus döyüş təyyarələri gecə yarısından sonra Zefta qəsəbəsinə bir sıra hava zərbələri endirib.
Qəsəbədə yerləşən sığınacaq mərkəzini hədəf alan hücum nəticəsində 4 nəfər həlak olub.
İsrail döyüş təyyarələri səhər saatlarında Nebatiyəyə bağlı Ayn Kana qəsəbəsinə də hava hücumu həyata keçirib. Bu gün səhər saat 10:00 radələrində Şərqiyyə qəsəbəsinə təşkil edilən hava zərbəsi nəticəsində bir ev dağılıb.
Hava hücumları ilə eyni vaxtda Nebatiyə şəhərinə aralıqlarla artilleriya atəşləri də açılıb. İsrail təyyarələri səhər saatlarında Sur şəhərinə bağlı Yatir və Safad əl-Battih qəsəbələrini də hədəfə alıb.
Nigar Hacılı
"Cebheinfo.az"


