İran XİN AEBA baş direktorunu vəzifəsini məsuliyyətlə icra etməyə çağırıb

İran XİN AEBA baş direktorunu vəzifəsini məsuliyyətlə icra etməyə çağırıb

AEBA-nın baş direktoru qeyri-konstruktiv mövqedə israr edir, mövcud vəziyyətin səbəblərini nəzərə almır və yalnız nəticələrə fokuslanır.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai AEBA-nın baş direktoru Rafael Qrossinin hesabatı və İrana qarşı qətnamənin qəbul olunması ehtimalına münasibət bildirərkən deyib.

Bəqai vurğulayıb ki, əgər AEBA rəsmiləri narahatdırsa, bu vəziyyətə səbəb olan tərəfləri qınamalıdır.

Onun sözlərinə görə, ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumu bu vəziyyəti yaradıb və hələ də bu hücumla bağlı mövqe bildirməyib.

Bəqai vurğulayıb ki, İran istənilən ssenariyə hazırdır və buna uyğun cavab tədbirləri nəzərdə tutulub.

O əlavə edib ki, BMT-nin Baş katibi vəzifəsinə namizəd olan şəxs öz vəzifəsini məsuliyyətlə yerinə yetirməlidir.

"Cebheinfo.az"