İran hava məkanını bağladı: Uçuşlar dayandırıldı
İsrailin İrana hücumlarından sonra Mehrabad, Məşhəd və Kirmanşah hava limanlarında bütün uçuşların növbəti elanadək ləğv edildiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, İran mətbuatının məlumatına görə, İran və İsrail arasında qarşılıqlı hücumlar davam etdiyi bir vaxtda paytaxt Tehranda yerləşən Mehrabad Hava Limanında bütün uçuşlar yeni bildiriş verilənədək dayandırılıb.
Səlahiyyətli şəxslər sərnişinlərə uçuşların vəziyyəti ilə bağlı ən son məlumatları öyrənmək üçün hava limanına getməzdən əvvəl aidiyyəti qurumlarla əlaqə saxlamağı tövsiyə ediblər.
Məşhəd və Kirmanşah hava limanlarında da uçuş əməliyyatlarının dayandırıldığı qeyd olunub.
Nigar Hacılı
"Cebheinfo.az"


