Qubada sel avtomobil yolunu yararsız hala salıb - FOTOLAR

Qubada sel avtomobil yolunu yararsız hala salıb - FOTOLAR

Quba rayonunda yağan intensiv yağışlar nəticəsində sel Aydınkənd kəndinin infrastrukturuna, eləcə də yaşayış evlərinə və yardımçı tikililərə ziyan vurub.

APA-nın şimal bürosunun məlumatına görə, sel kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunu yararsız hala salıb, nəqliyyat əlaqəsi kəsilib.

Problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.

"Cebheinfo.az"