Kosta: “Ermənistan xalqı sülhə səs verdi”

Kosta: “Ermənistan xalqı sülhə səs verdi”

Avropa Şurasının prezidenti Antonio Kosta Ermənistanın Baş naziri Nikol Paşinyanı "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

“Cebheinfo.az” xəbər verir ki, Antonio Kosta özünün “Twitter” hesabında yazıb: "Ermənistan xalqı sülhə, sabitliyə və qonşularımızla daha sıx əməkdaşlığa əsaslanan gələcəyə səs verdi. 

Əldə edilən nəticələrə görə Nikol Paşinyanı təbrik edirəm. Ermənistanın dayanıqlığının, sabitliyinin və rifahının gücləndirilməsindəki rolunuzla fəxr edə bilərsiniz. 

Birlikdə Ermənistan və Avropa İttifaqı xalqlar arasında daha güclü əlaqələr və enerji, ticarət və rəqəmsallaşma sahələrində yeni imkanlar qurur. Sıx əməkdaşlığımız bütün region üçün daha dinc və firavan gələcəyə bir sərmayədir".

Xəzər
“Cebheinfo.az”