Qaxda 1 ton çətənə kolu məhv edilib
Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən xəbərə görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.
"Cebheinfo.az"


