Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır - FOTOLAR - YENİLƏNİB

Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır - FOTOLAR - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə nazirlikdən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

13.50

Hacıqabulda açıq ərazidə yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, açıq ərazidə yığılan iritonnajlı avtomobillərin təkər tullantıları yanır.

FHN-in Hacıqabul və Şirvan bölmələri tərəfindən yanğının söndürülməsi, yaxınlıqda olan fermer təsərrüfatları və neft buruqlarına keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.

"Cebheinfo.az"