Pezeşkian: "İran nə meydanı, nə də danışıqlar masasını tərk edib"

Pezeşkian: "İran nə meydanı, nə də danışıqlar masasını tərk edib"

“İran heç bir təhdid qarşısında geri çəkilməyəcək”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” hesabında bildirib.

Milli təhlükəsizliyi prioritet hesab etdiklərini deyən Pezeşkiyan İran millətinin hüquqlarını qətiyyətlə müdafiə edəcəklərini və heç bir təhdid qarşısında geri addım atmayacaqlarını bildirib.

Diplomatiya və müdafiənin milli gücün iki qanadı olduğuna işarə edən Pezeşkiyan: "Nə meydanı, nə də danışıqlar masasını tərk etmədik. Allahın izni ilə birlik və ağılla İran bu sınaqdan da alnıaçıq çıxacaq", – ifadələrini işlədib.

İran ordusu ötən axşam saatlarında İsrailin Livana hücumları səbəbindən İsrailə raket zərbələri endirmişdi.

İsrail ordusu isə gecə saatlarından etibarən İranın Tehran, Təbriz və İsfahan kimi bəzi şəhərlərinə cavab zərbələri endirmişdi.

İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı İsrailə yönəlmiş hərbi əməliyyatların dayandırıldığını elan etmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"