Zelenski Putinə daha bir məktub ötürübmüş
Ukrayna Prezidenti Volodimir Zelenski iş adamı Roman Abramoviç vasitəsilə Rusiya lideri Vladimir Putinə daha bir məktub göndərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Bildirilir ki, mayın sonunda Ukrayna lideri milyarderdən Rusiya prezidentinə şəxsi görüşə hazır olduğuna dair mesajı çatdırmasını xahiş edib. Məlumata görə, məktubda Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra iki dövlət başçısının ilk şəxsi görüşü ola biləcək ikitərəfli sammit keçirmək imkanından söhbət açılıb.
Nəşr iddia edir ki, Abramoviç tərəfindən ötürülən məktubun məzmunu Zelenskinin Putinə iyunun 4-də ünlanladığı açıq məktubunun məzmununa yaxındır.
"Cebheinfo.az"


