Kılıçdaroğlunun iclasına getməyənlərə CƏZA?
Türkiyədə ana müxalifət partiyası olan CHP-də baş verən son olaylar bütün diqqətləri bu partiyaya yönəldib.
Məhkəmənin “mütləq etibarsızlıq” qərarı ilə böhranın dərinləşdiyi CHP-də gözlər sabahkı qrup iclasındadır. Maraqlı məsələlərdən biri də Kamal Kılıçdaroğlunun sabahkı qrup iclasında çıxış edib-etməyəcəyidir.
“Cebheinfo.az” xəbər verir ki, sədr postuna qaytarılan Kamal Kılıçdaroğlunun iclasda çıxış edib-etməyəcəyi sual altında olsa da, CHP-dən təəccüblü bir açıqlama gəlib.
Belə ki, Aydın millət vəkili Hüseyn Yıldız Kamal Kılıçdaroğlunun sabahkı qrup iclasında çıxış edəcəyini açıqlayıb. Yıldız Kılıçdaroğlunun kürsüyə çağırılmayacağı iddialarına da "Bu baş verməyəcək" sözləri ilə cavab verib.
Kılıçdaroğlunun sabah partiyasının TBMM Qrup Yığıncağında çıxış edib-etməyəcəyi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Yıldız "Əlbəttə ki, çıxış edəcək",- deyib.
Parlamentdə keçirilən mətbuat konfransında CHP Tekirdağ millət vəkili Faiq Öztrak həm Kılıçdaroğlu, həm də Özəlin sabahkı CHP Böyük Millət Məclisi Qrup Yığıncağında çıxış etmək istəməsi halında nələrin baş verəcəyi sualına cavab olaraq deyib:
"Qanunvericilik aydındır. Orada deyilir ki, qrup sədri başqanın rəhbərliyi altında işləyir. Əgər qanunvericilik belədirsə, Qrup sədri başqanın dediklərinə əməl etməlidir".
Qrup iclası üçün tələb olunan 46 millət vəkilinin təsdiqinin alınıb-alınmayacağı ilə bağlı suala Öztrak belə cavab verdi:
"Bu, qapalı yox, açıq qrup iclasıdır. Açıq qrup iclaslarında millət vəkilləri sayılmır, amma 46-dan çoxdur".
"Kılıçdaroğlunun qrup iclasına qatılmayan millət vəkillərini partiyadan xaric edilə bilərmi?” sualına Öztrak belə cavab verdi: "Kamal Kılıçdaroğlu CHP-nin sədridir. Qrup iclasına qatılmamaq nə deməkdir? Belə bir şey mümkün deyil".
Bu arada, Özgür Özəlin A Komandası ilə birlikdə Mərkəzi İcra Komitəsini çağırdığı məlum olub. İclasda Kamal Kılıçdaroğlunun sabahkı Qrup iclasında çıxışına cavab olaraq hansı tədbirlərin görüləcəyi müzakirə olunacaq.
CHP Qrup sədri Özgür Özəl bildirib ki, quurltay qərarı dərhal verilməlidir. Bu aralıq dövrdə, səlahiyyəti həvalə edilmiş qrup sədri olaraq, həmin platformanı seçilmiş şəxs yerinə təyin olunmuş şəxsə təhvil vermək mümkün deyil".
Xəzər
“Cebheinfo.az”


