Boçorişvili: "Bakı-Tbilisi-Qars dəmir yolu daha çox iqtisadi tərəqqini dəstəkləyəcək"
Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından tam istifadə Gürcüstan-Azərbaycan-Türkiyə münasibətlərinə önəmli töhfə verəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili deyib.
Nazirin sözlərinə görə, BTQ daha çox ticarət və daha çox iqtisadi tərəqqini dəstəkləyəcək.
Boçorişvili üç ölkənin birgə layihələr həyata keçirməsi üçün daha çox potensialın mövcud olduğunu qeyd edib.
"Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı son dərəcə önəmlidir. Üç ölkəni strateji tərəfdaşlıq, etimad və mehriban qonşuluğa əsaslanan çoxtərəfli əməkdaşlıq birləşdirir. İnanıram ki, üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün mövcud potensial tam istifadə olunacaq", - nazir əlavə edib.
"Cebheinfo.az"


