Mirzoyan Qarsda keçirilən görüşdən danışdı
Qarsda keçirilən Ermənistan və Türkiyə iş adamları arasında görüş çox ciddi olub. Bu görüş Ermənistan və Türkiyə XİN-ləri və ticarət palatalarının iştirakı və dəstəyi ilə təşkil edilib.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, görüş Türkiyənin üç şərq və şimal-şərq əyalətinin işgüzar dairələrində böyük maraq doğurub və Ermənistan-Türkiyə iqtisadi əməkdaşlığının dərinləşdirilməsi üçün yaxşı başlanğıcdır.
Mirzoyan bildirib ki, yaxın gələcəkdə Ermənistanda oxşar formatda ikinci görüşün keçirilməsini gözləyir.
Onun sözlərinə görə, artıq ayrı-ayrı şirkətlər və işgüzar dairələr arasında konkret danışıqlar başlayıb.
"Cebheinfo.az"


