"Kinoteatrlar Azərbaycan filminə dəstək olmur, çox faiz istəyir"
Aktyor Müşviq Şahverdiyev kinoteatrların yerli filmlərə dəstək olmamasından şikayətlənib.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda aktyor "Efirdən kənar" proqramında deyib. O bildirib ki, xarici filmdən az, yerli filmlərdən isə çox faiz tələb edirlər:
"Azərbaycan filmləri ilə kinoteatrlar fərqli davranır. Filmi ayağa qaldırmaq üçün dəstək lazımdır. Xarici filmlərlə kinoteatrlar 50-nin 50-yə işləyirlər. Bizim filmlərlə isə 47-nin 53-ə işləyir. Şərtləri də ağır olur". (Axşam.az)
"Cebheinfo.az"


