Messi gözəl qol vurdu: Komandası geridönüşlə qalib gəldi - VİDEO

Messi gözəl qol vurdu: Komandası geridönüşlə qalib gəldi - VİDEO

Klublararası dünya çempionatının 2-ci turunda “İnter Mayami” “Porto” ilə üz-üzə gəlib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ təmsilçisi bu görüşdə portuqaliyalılar üzərində 2:1 hesablı qələbə qazanıb. 

Onlar geridönüş edərək qalibiyyətə imza atıb. 

Komandanın argentinalı hücumçusu Lionel Messi gözəl cərimə zərbəsi qolu ilə yadda qalıb. 

“İnter Mayami” (ABŞ) – “Porto” (Portuqaliya) - 2:1
Qollar: Seqovia, 47, Messi, 54 // Aqhehova, 8 (pen)

"Cebheinfo.az"