Rusiya Samvel Karapetyanın müdafiəsinə qalxdı

“Moskva Ermənistanda iş adamı Samvel Karapetyanın həbsi ilə bağlı vəziyyəti diqqətlə izləyir və ona Rusiya Federasiyasının vətəndaşı kimi bütün lazımi yardımı göstərməyə hazırdır”.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
“Biz Ermənistanın daxili işlərinə qarışmaq istəmirik. Lakin təbii ki, Rusiya vətəndaşı ilə bağlı hər şeyi diqqətlə izləyirik”,-deyə Peskov əlavə edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”